Dünya şöhrətli əfqan əsilli yazıçı Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişib.
Lent.az xəbər verir ki, yazıçı bu barədə öz "Facebook" hesabında məlumat verib.
O, bildirib ki, övladı ilə fəxr edir:
"Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Ən çox da Harrisin özünü dünya ilə bölüşmək cəsarətindən ilham alıram. O, mənə və ailəmizə mərdlik, həqiqət və əslində yaşamağın nə demək olduğu haqqında çox şey öyrətdi. Bilirəm ki, bu proses onun üçün ağrılı idi, acı və narahatlıqla dolu idi. Transların hər gün məruz qaldığı qəddarlığa qarşı ayıqdır. Amma o, güclü və qorxmazdır”.
Qeyd edək ki, Amerikada yaşayıb fəaliyyət göstərən Xalid Hüseyni "Min möhtəşəm günəş", "Çərpələng uçuran" və s. kimi bestseller kitabların müəllifidir.