Məşhur rəssamın əsəri 3,4 milyon avroya satıldı
06 iyun 2023 05:46 (UTC +04:00)

Məşhur rəssamın əsəri 3,4 milyon avroya satıldı

Pablo Pikassonun “Qadın büstü” (Buste de femme) tablosu Kölndə keçirilən hərracda 3,4 milyon avroya satılıb.

Lent.az xarici KIV-ə istinadla xəbər verir ki, hərrac evinin nümayəndəsi Van Ham belə yüksək qiymətə satışın gözlənildiyindən artıq olduğunu söyləyib. Əsərin qiyməti 1,5-2,5 milyon avro arasında dəyişir. Pikasso bu əsəri 1971-ci ildə yaradıb.

# 1620
avatar

Oxşar yazılar