"Eight is Enough" filminin ulduzu Adam Riç 55 yaşında vəfat edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyor ailəsi məlumat verib.
55 yaşlı sənətçi yanvarın 7-də Los-Ancelesdəki evində vəfat edib. Aktyorun ailəsi onun ölüm səbəbini açıqlamayıb.
Gizli mənbədən yayılan məlumata görə, Adam Riç psixoaktiv maddələrdən istifadə edib. O, 1991-ci ildə aptekə girib qanunsuz dərman oğurlamağa cəhdə görə həbs edilib. Bildirilir ki, o zaman sənətçi üçün girovu onun “Səkkiz yetər” serialındakı həmkarı Dik Van Patten verib.
Xatırladaq ki, Riç "Eight is Enough", "Fantasy Island", "ChiPy" və "Little Miracle" kimi seriallarda çəkildikdən sonra geniş populyarlıq qazanıb. 90-cı illərdə aktyor kino karyerasına ara verən ulduz, 2003-cü ildə Diki Roberts: Keçmiş Uşaq Ulduzu layihəsində rol canlandıraraq çəkilişlərə qayıdıb.