“Mən onu daim izləyirdim” – "Paşinyan" Lent.az-a danışdı
28 iyun 2022 15:00 (UTC +04:00)

“Mən onu daim izləyirdim” – "Paşinyan" Lent.az-a danışdı

"Yolda görəndə “Paşinyan gəldi, Paşinyan gəldi” deyirlər. Qorxurdum ki, məni buna görə vurarlar da”.

Bu sözləri Lent.az-a hamının “Paşinyan” kimi tanıdığı aktyor Anar Almazov deyir.

- Anar bəy, öncə özünüzü bizə tanıdın.

- Uşaqlıqdan kino sahəsinə marağım olub. Çoxlu kinoya baxırdım. Universitetə qəbul olunandan sonra kino sahəsinə yönəldim. Əvvəlcə “Zaman” teatrında aktyor kimi işləməyə başladım. Yavaş-yavaş kinolar da ikinci rejissor kimi çalışdım. İndi də həm aktyor, həm də rejissor kimi işləyirəm. 


- Müharibə dövründə Paşinyan obrazı ilə gündəmə gəldiniz. Bunun tarixçəsi nədir? Necə oldu belə bir addım atdınız?

- Mən 15 ildir “Azərbaycanfilm” kinostudiyasında çalışıram. Bir gün çəkiliş qrupumuzda olan iş yoldaşım üzüm tüklü vəziyyətdə şəkilimi çəkdi.
Bir də gördüm həmin oğlan Paşinyanla şəkilimi yan-yana birləşdirib atıb mənə. Özüm də hiss elədim ki, çox oxşayırıq. Amma dedim paylaşmayın. Elə oldu ki, bu şəkil yayıldı. Həmin vaxt mən “Komedixana”da rejissor işləyərdim. 

Mənim şəkilimi ssenarist Ənvər Abbasov gördü. Aparıb Murad Dadaşova göstərib deyib ki, Paşinyan obrazını canlandırıb, yumoristik çəkilişlər edək. 

Biz başladıq müharibə dövründə hər həftə efirə bu tip videoları çəkib verdik.Onu da deyim ki, həmin şəkil 2010-cu ildə çəkilib. 

- Bəs, bu addımı insanlar necə qarşıladı?

- Düzü, mən bu obrazı canlandırmaq istəmirdim. O vaxt Məlik Dadaşov da “Fəryad” filmində erməni yaraqlı obrazı canlandırmışdı. Özü danışırdı ki, tamaşaçılar yaxşı qarşılamayıb. Deyirdi ki, yolda gedəndə biri qapaz vurur, biri söyürdü. 

Mən də buna görə istəmirdim. Amma əksi oldu. Yenidən “Fəryad” filmi çəkildi. Mən o obrazı canlandırdım. Bu videolarımı erməni saytları da paylaşmışdı. 

- Yolda sizi görəndə necə reaksiya verirlər? Heç “qapaz” vuran olub?

- Yolda görəndə pis reaksiya vermirlər. “Paşinyan gəldi, Paşinyan gəldi” qışqırırlar. Uşaqlar, böyüklər hamısı yaxınlaşıb şəkil çəkdirirlər. 

İnsanların müsbət qarşılamasının səbəbi də Paşinyanı lağa qoymağımızdı. Videolarda onu alçaldırdıq. Ona görə də insanlara, necə deyərlər, ləzzət elədi. 

- Paşinyanı obrazı ilə bağlı başqa təkliflər almısız?

-Hə, çox olub. İkinci dəfə “Fəryad” filmi çəkiləndə orda canlandırdım. Sonra bir internet kanalı var idi, ordan təklif elədilər. Belə çox olub. Çalışmışam ki, “Paşinyan” obrazı ilə gündəmdə olmayım. İstəmirəm ki, onunla reklam olum. 

- Anar bəy, çəkilişlərə necə hazırlaşırdınız? *

- Paşinyanın bütün çıxışlarını izləyirdim. Hakimiyyətə necə gəlib, mitinqlərdə, dövlət tədbirlərində necə hərəkət edir hamısına fikir verirdim. Təbii alınması üçün çox çalışırdım. Paşinyanın hərəkətlərini özümünküləşdirirdim. 

Elə olurdu ki, çəkiliş qrupumuzda uşaqlar bir səhnəni neçə dəfə canlandırmağımı istəyirdilər. Çünki çox gülürdülər. Elə indi də dostlar arasında güldürmək üçün canlandırıram. Amma çəkilişdəki kimi gülməli olmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8013
avatar

Fidan İlqar

Oxşar yazılar