Lent.az “Kinofakt” rubrikasında növbəti maraqlı film əhvalatını təqdim edir.
"Apokalipsis" filmi nümayiş etdirildikdən sonra kino tənqidçiləri filmin rejissorunu maya cəmiyyətini qəddar və qanlı təqdim etməkdə günahlandırdılar. Hətta maya cəmiyyətinin nümayəndələri Meksikanın Yukatan ştatının İnsan Hüquqları üzrə Komissiyasına ayrıseçkiliyə məruz qalmaları və ləkələnmələrindən şikayət edərək, Hollivud ulduzu, aktyor, həmin filmə quruluş vermiş Mel Gibsonu məhkəməyə verdilər.
Onlar bununla da qalmayıb rejissoru ölümlə təhdid etmişdilər. Gibsona göndərilmiş məktubda deyilirdi: “Rejissor bilməli idi ki, mayalılar heç vaxt burunlarında, dodaqlarından, qulaqlarından qızıl bəzək əşyaları, gümüş məftillər, boyunlarlından ağac asmadılar”. Lakin film ekranlara çıxdıqdan sonra elə maraqla qarşılandı ki, onlar rejissoru məhkəməyə verməkdən vaz keçdilər və ərizələrini gerigötürdülər.