Mahzun Kırmızıgülün yeni filmində rol alacaq məşhurun adı açıqlandı
Lent.az Türkiyə mətbuatına istinadla bildirir ki, uzun müddətdir Mahzun Kırmızıgülün həm rejissorluq etdiyi, həm ssenari müəllifi olduğu “Prestij məsələsi” filmi barədə anonslar verilir.
O, filmin yaradıcı heyətinə Erkan Petekkaya, Erdal Özyağçılar kimi məşhur aktyorları da daxil edib. Bir müddət öncə rejissor filmə daha bir məşhur simanın qatılacağını söyləmiş, amma onun adını sirr kimi saxlamışdı.
Həmin məşhur özü filmin komandasına daxil olması barədə sosial şəbəkələrdə məlumat yayıb. Filmin qəhrəmanlarından birini Barış Murat Yağçı canlandıracaq.
Film 2023-cü il fevralın 3-də kinoteatrlarda nümayiş olunacaq