Ziyad Səmədzadə və Hacı Mail
04 may 2026 14:54 (UTC +04:00)

Ziyad Səmədzadə və Hacı Mail

“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR

0

Milli Məclisin deputatı, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə APA-nın “Əsrin yaşıdı” layihəsində verdiyi müsahibədə Azərbaycan şairi, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mail Əliyevdən danışıb.

Lent.az həmin hissəni təqdim edir:

“Hacı Mail Azərbaycanın çox dəyərli ziyalılarından olub. Baxmayaraq ki, məsul vəzifələrdə çalışırdım, Bakı toylarına imkan olanda gedirdim, biz görüşürdük. Hacı Mail sözün əsl mənasında Əliağa Vahid, Füzuli yaradıcılığını qoruyub inkişaf etdirən şair olub, həm də bakılılarda bir söz var, hal əhli olub. Üstəlik səmimi münasibətimiz olub. Bu səmimi münasibətin tarixi də 1958-ci ilə təsadüf edir. Mən onda institutda oxuyurdum, eyni zamanda, 190 nömrəli məktəbdə xalq çalğı alətləri ansamblı yaratmışdım. 1959-cu ildə də Hacı Mail ora rəssam kimi gəldi, sonra münasibətlərimiz illər boyu davam elədi. Onun haqqında məqaləm var. Hacı Tələtlə də gənclik illərindən salam-əleykümüz olub. Onun da haqqında yazım var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar