Gülnazın 84 yaşlı Sərvəri   - Ata vəsiyyətinə görə yolunu dəyişən adam
06 iyun 2023 17:38 (UTC +04:00)

Gülnazın 84 yaşlı Sərvəri - Ata vəsiyyətinə görə yolunu dəyişən adam

Bu gün “O olmasın, bu olsun” filmindəki Sərvər roluyla yaddaşlara köçmüş Arif  Teyyub oğlu Mirzəquliyevin anadan olduğu gündür. Yaşasaydı 84 yaşı olacaqdı.
 
Lent.az-ın xəbərinə görə, Arif Mirzəquliyev ixtisasca həm aktyor, həm də həkim olub. Milliyətcə ləzgi olan Arif ata vəsiyyəti ilə sənətini dəyişib.  O, 1939-cu il iyunun 6-da Bakıda dünyaya gəlib. Əslən qusarlı idilər. Atası uzun illər Qusarda həkim işləyib..Oğlunu da həkim görmək istəyib. O qədər çox istəyib ki, Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda son kursda oxuyan oğluna həkim olmağı vəsiyyət edib, gözlərini əbədi yumub. Arif  də onun arzusuna yerinə yetirib.

Azərbaycan Dövlət Tibb İnstutuna daxil olub və nevropatoloq ixtisasına yiyələnib. “Görüş” filmində Kamil  roluna çəkiləndən sonra sənətindən uzaqlaşıb və ömrünün sonuna kimi həkim vəzifəsində çalışıb. Xanımı da özü kimi həkim olub. İki qız övladı yadigar qalan Arif Mirzəquliyev 1990-cı ildə ürəktutmasından vəfat edib.


 

# 2526
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar