Filmə baxıb ağlamaq erkən ölüm riski  yaradırmış 
29 oktyabr 2024 13:03 (UTC +04:00)

Filmə baxıb ağlamaq erkən ölüm riski yaradırmış 

Filmlərə baxarkən ağlamaq vaxtından əvvəl ölüm riskinin artmasına səbəb olur.

 Lent.az xəbər verir ki, britaniyalı tədqiqatçılar belə davranışın nevrotikliyin təzahürü olduğunu və erkən ölüm ehtimalını on faiz artırdığını müəyyən ediblər.

Mütəxəssislər nevrotikliyi mənfi emosional vəziyyətlərə meyli özündə ehtiva edən mürəkkəb şəxsiyyət xüsusiyyəti kimi təsvir edirlər. Onun strukturuna müxtəlif komponentlər daxildir, bunlar arasında təklik, narahatlıq və artan qıcıqlanma hissləri var.

Florida Dövlət Universitetinin tədqiqat qrupu isə nevrotikliyin bütün komponentləri arasında tənhalığın ömür üçün ən böyük təhlükə olduğunu müəyyən edib. Bu vəziyyət tənəffüs və həzm sistemləri ilə bağlı problemlərin inkişafına, həmçinin insanı özünü məhv edən davranışa sövq edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar