Fikrət Qoca dəfn edildi -  YENİLƏNİB
05 may 2021 15:58 (UTC +04:00)

Fikrət Qoca dəfn edildi - YENİLƏNİB

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunub. 

Lent.az APA-ya istinadən xəbər verir ki, mərasimdə F.Qocanın ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq şairi Fikrət Qocanın dəfn mərasimi üçün əklil göndərib.

Əklillər F. Qocanın məzarı önünə qoyulub.

***

saat 10:36

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya AYB-nin sədri, Xalq yazıçısı Anar məlumat verib.

O, Fikrət Qocanın birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirib: “Dəfnin saatı ilə bağlı ailəsi ilə danışandan sonra deyə biləcəm”. 

***

08:43

Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca vəfat edib.

Lent.az xəbər verir ki, bu haqda AYB mətbuat katibi Xəyal Rza məlumat yayıb. 
Allah rəhmət eləsin!

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

# 7959
avatar

Nigar Adil

Oxşar yazılar