Ermənilər “Qal, sənə qurban”ı da oğurladılar, Youtube-dən silindi
23 iyun 2025 15:26 (UTC +04:00)

Ermənilər “Qal, sənə qurban”ı da oğurladılar, Youtube-dən silindi

Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkarı Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub və YouTube platformasında yunan dilində “Hara gedir” adı altında yayıb.

Lent.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar