Əməkdar artist Kamran Yunis həmişəki kimi sərt açıqlama verib.
Lent.az-ın xəbərinə görə, aktyor Xalq artisti Fuad Poladovun anım günü münasibətilə paylaşım edərək belə yazıb.
“Hərdən arxamca deyirlər ki, kimsəyə dəyər vermirsən. Mən də burdan onların üzünə yazıram: Mən dəyərlilərə dəyər verirəm - Fuad Poladov kimi, dəyərlilərə. Siz isə itə də dəyər verirsiniz. Mənim 2 ya 5 dəyərlim sizlərin 1000 dəyərsizinizdən dəyərlidir. Ruhun şad olsun Fuad müəllim.
Mən Poladov deyiləm, amma polad kimi olmağı sizdən öyrəndim”, deyə o bildirib.
Qeyd edək ki, Kamran Yunis Xalq artisti Azərpaşa Nemətov rəhmətə gedərkən onun haqqında sərt sözlər səsləndirmiş, Fuad Poladovun teatrdan didərgin salınmasında onun günahkar olduğunu demişdi.