Dilarə Əliyeva  direktor oldu: “Hər şey davam edəcək”
03 may 2023 16:25 (UTC +04:00)

Dilarə Əliyeva direktor oldu: “Hər şey davam edəcək”

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY” prodakşnın direktoru vəzifəsini xanımı Əməkdar artist Dilarə Əliyeva icra edir.

Lent.az-a danışan Dilarə Əliyeva bildirib ki, indiyə qədər şirkətin layihələndirdiyi bütün verilişlər olduğu kimi davam edəcək.

“Ola bilər yeni layihələr də işləyib hazırlayaq. Həyat davam edir. Oqtay bu işlərin davam etdirilməsini istəyərdi və əlbəttə arzu edərdi ki, daha böyük uğurlar əldə edək”,- deyə Dilarə Əliyeva bildirib.

 O qeyd edib ki, hər  həftə efirə çıxan əyləncəli “Söhbət var” verilişi də onun təqdimatında həmişəki axarı ilə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3363
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar