Xalq yazıçısı Çingiz Abdullayev bu gün xəstəxanadan evə buraxılıb.
Lent.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalından bildirilib.
Qeyd edilib ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Azərbaycanın detektiv yazıçısı nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb.