Beş qeyri-adi musiqi aləti
25 iyun 2026 09:37 (UTC +04:00)

Beş qeyri-adi musiqi aləti

0

Dünyada elə qeyri-adi musiqi alətləri mövcuddur ki, onlar müxtəlif gözlənilməz materiallardan hazırlanaraq musiqi dünyasına fərqli rəng qatır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, onların arasında ən maraqlılarından biri ABŞ-ın Virciniya ştatındakı Luray Caverns mağarasında yerləşən “daş orqan”dır.

Müxtəlif uzunluqda olan stalaktitlərə (mağaraların tavanından aşağıya doğru sallanan, min illər ərzində su damcılarının tərkibindəki mineralların toplanması nəticəsində əmələ gələn təbii daş sütunlar) rezin çəkiclərlə vurulduqda fərqli səslər yaranır.

Bu qeyri-adi “daş orqan” artıq təxminən 100 ildir ki, səslənir.

İkinci yerdə tərəvəz orkestri gəlir. Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən musiqiçilər yerkökündən hazırlanmış fleytalarda, balqabaqdan düzəldilmiş zərb alətlərində və bibərdən hazırlanmış nəfəs alətlərində ifa edirlər.

Üçüncü yerdə isə şüşə harmoniyası dayanır. Bu alət Benjamin Franklin tərəfindən icad edilib. Fırlanan şüşə kasalar qeyri-adi və mistik səslər çıxarır.

Dördüncü yerdə nikelharpa yerləşir. Bu, klavişlərlə təchiz edilmiş İsveç skripkasıdır.

Beşinci yerdə isə teremin var. Bu, dünyada toxunmadan çalınan yeganə musiqi alətlərindən biridir. İfaçı əllərini elektromaqnit sahəsində hərəkət etdirərək səs yaradır.

Onların hazırlanması və öyrənilməsi kifayət qədər çətindir.  Bununla belə, bu qeyri-adi alətlər göstərir ki, musiqi hər yerdə mövcuddur, əsas məsələ onu eşidə bilməkdir.

Teremini elektron musiqi alətləri satan mağazalardan əldə etmək mümkündür.

Şüşə harmonikadan tez-tez qorxu filmlərinin musiqilərində istifadə olunur.

Tərəvəz orkestri isə Avropanın müxtəlif ölkələrində konsertlər verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar