Baş nazirin sevimli konyakının şərəfinə çəkdiyi əsər 13 milyona satıldı
30 mart 2024 17:45 (UTC +04:00)

Baş nazirin sevimli konyakının şərəfinə çəkdiyi əsər 13 milyona satıldı

Böyük Britaniyanın mərhum baş naziri Uinston Çörçill həm də bacarıqlı bir rəssam idi. Siyasətçinin bəzi əsərləri milyonlarla dollara satılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun yağlı boya tablolarından biri olan "İçki şüşəsi və kuzə” əsəri “Johnnie Walker Black” markalı konyaka həsr olunub.  
Çörçillin günə başlamaq üçün konyakla qazlı su ilə içdiyi deyilir.

Çörçilin konyak həvəskarı olduğu bildirilir. Onun 1945-ci ildə Yalta konfransında erməni brendi olan “Ararat” konyakını xüsusilə, sevməsi barədə şayiələr yayılmışdı. Bununla belə, Çörçillin “Johnnie Walker Black” üstünlük verməsi təəccüblü deyil. “Johnnie Walker Black” Şotlandiyanın ən unikal viskilərinin qarışığını ehtiva edir və əlçatan etiketdə qablaşdırılan cəsarətli dadına görə bilicilər tərəfindən sevilir.

1930-cu illərə aid Uinston Çörçillin fırmasından çıxmış "İçki şüşəsi və kuzə" əsəri Amerikanın Avropa üzrə xüsusi elçisinə hədiyyə edilib. 2020-ci ildə bu əsər hərracda təxminən 13 milyon dollara satılsa da, hələ də Çörçillin “Chartwell” malikanəsində nümayiş etdirilir.

# 3498
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar