İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa Filmi” nominasiyasında nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb. Bu, Azərbaycan kinosu tarixində bir ilkdir.
Lent.az-ın xəbərinə görə, filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı təqdim edib. Ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və hollandiyalı Roelof Jan Minnebo, quruluşçu operatoru Avropa kinoakademiyasının üzvü alman Ayhan Salar və səs rejissoru almaniyalı Mixael Menzkedir.
Filmdə baş rolları Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan, uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli ifa edirlər.
Azərbaycanın istehsalı olan film Britaniya, Fransa,Yunanıstan, Portuqaliya, İtaliya, Almaniya istehsalı olan filmlərlə rəqabət aparacaq.