Tanınmış aktyor Azər Aydəmir “Alatava” adlı serialda çəkilmək üçün 20 kilo arıqlamağa qərar verib.
Bu barədə Lent.az-a danışan aktyor qeyd edib ki, İTV kanalında yayımlanacaq filmin rejissoru dostu Əlixan Rəcəbovdur.
“Əlixan mənə dedi ki, bu film üçün təcili arıqlamalıyam. Mən arıqlaya bilmədim. Bu günlərdə Əlixan dedi ki, incimə, o rola başqa adam çəkəcəm. Mən də təcili arıqlamağa qərar verdim. Dietoloq tutmuşam, ciddi pəhriz və məşqlərlə bədənimə şok yaşatmağa, sərt bir şəkildə arıqlamağa çalışıram. Bu filmdə villain bir obraz yaradacam. Yəni mənim qəhrəmanım xarici görünüşünə görə çox simpatik, amma xarakter etibari ilə çox pis, qəddar bir adam olacaq”,- deyə o bildirib.