“Avroviziya” müsabiqəsinin daimi şüarı qəbul edildi
15 noyabr 2023 02:41 (UTC +04:00)

“Avroviziya” müsabiqəsinin daimi şüarı qəbul edildi

“Avroviziya” mahnı müsabiqəsinin təşkilatçısı olan ölkələr 20 ildən də artıq müddət ərzində hər dəfə müsabiqə üçün öz şüarlarını müəyyənləşdirərək irəli sürüblər.

Lakin indi Avropa Yayım Birliyi (AYB) “Musiqi ilə birləşənlər” (United by music) ifadəsinin “Avroviziya”nın daimi şüarı olması ilə bağlı qərar qəbul edib.

Lent.az xəbər verir ki, daha əvvəl bu şüar 2023-cü ildə Liverpulda keçirilən müsabiqədə istifadə olunub.

Qərar İsveçin “SVT” teleşirkəti gələn il Malmö şəhərində keçiriləcək müsabiqədə BBC-nin bu şüarından yenidən istifadə istəyini AYB-yə bildirdikdən sonra qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3606
avatar

Oxşar yazılar