Aşbaz papağı altında gizlənən  maraqlı sirr
01 may 2023 18:51 (UTC +04:00)

Aşbaz papağı altında gizlənən maraqlı sirr

Aşbazların nə üçün ağ, hündür və qırçınlı papaqlar geyindiyini bilirsiniz?

Lent.az  “Belə yaranıb” rubrikasında maraqlı məlumatı diqqətinizə çatdırır.

Deyilənə görə, baş aşbazların başlarına qoyduqları papaqların 100 qırçını olur.  Bu yumurtanı 100 fərqli qaydada bişirə bilməyə işarə edilir.  Yəni bunu bacaran adama usta adı verilir.

Bəs aşbaz papaqları nə üçün çox hündür  olur? 

Bu qədim Assuriya saraylarından qalan bir ənənədir. Assuriya krallarını tez-tez zəhərləyib öldürürdülər. Onların həyatını zəhərlənmədən qorumaq üçün aşbazlar yeməyi öncə özləri dadırdılar. Bu mənada kralın həyatını qoruyan adamların vəzifəsi digər saray əyanlarından yüksək sayılırdı deyə, onlar çox hündür, ağ papaqlar qoyub başqalrından fərqlənirdilər.

Başqa tarixi fakta görə, XVI əsrdə İngiltərə kralı Henri yeməyindən tük çıxdığına görə aşbazı edam etdirmişdi. Ondan sonra aşbazlar öncə saçlarını bir ləçəklə bağlayır, örpək görünməsin deyə, üstündən hündür papaq taxarmışlar.


 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar