Çox zaman əsəbi olanda dilimizdə bir ifadə işlədilir. “Andıra qalasan”. Bəs bu andır nədir?
Lent.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.
Andır sözü "anıdır" sözündən yaranıb, yəni xatirədir. Ölən adamdan qalan, onu andıran geyimləri əvvəllər, qədim türklər “anıdır” deyib evin bir guşəsində saxlayardılar. Sonralar ölənin paltarlarını, əşyalarını xeyriyyə məqsədilə imkansız insanlara bağışlamağa başladılar. Hansısa bir əşyaya “andıra qalsın” demək əslində onun "yiyəsi ölsün", "sahibsiz qalsın" qarğışını etmək deməkdir.
“Andır”a bəzi bölgələrimizdə "sovxa" da deyirlər. “Sovxaya qalmaq” sözünü eşitməmiş olmazsınız.
"Andır", "sovxa" ölən adamdan geriyə qalan mirasdır.