Uinston Çerçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" rəsmi
03 mart 2021 17:29 (UTC +04:00)

Uinston Çerçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" rəsmi

Ancelina Coli Çerçilin çәkdiyi rәsmi görün neçəyə satdı?

‘‘Oskar’’ mükafatı laureatı Ancelina Coli İngiltәrәnin keçmiş baş naziri Uinston Çerçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" (“Tower of the Koutoubia Mosque”) rәsmini  8,3  milyon funt sterlinqә (85 milyon lirә)  satıb.

Lent.az bildirir ki. bu barәdә BBC mәlumat yayıb. Mәlumata görә, әsәr İngiltәrәnin  baş nazirinin çəkdiyi yeganə əl işidir. 

Uinston Çerçilin çəkdiyi әsәri Amerika Birlәşmiş Ştatlarının keçmiş prezidenti Franklin  D. Ruzveltә hәdiyyә edib. Mәlumatda qeyd olunub ki, әsәr 1935-ci ildә Mәrakeşdә çәkilib.

Qeyd edәk ki, әsәr Ancelina Colinin keçmiş hәyat yoldaşı Bret Bitt tәrәfindәn aktrisaya hәdiyyә edilib.

# 1971
avatar

Oxşar yazılar