"Anakonda" filmi  yenidən ekranlarda:   Yenilənmiş versiyada  -VİDEO
21 sentyabr 2025 12:10 (UTC +04:00)

"Anakonda" filmi yenidən ekranlarda: Yenilənmiş versiyada -VİDEO

0

Son baş rollarını Pol Radd və Cek Blekın canlandırdığı qara komediya janrında çəkilmiş “Anakonda” filminin ilk rəsmi treylerini təqdim edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, hələ 1997-ci ildə ekranlara çıxmış eyniadlı klassik qorxu filminin yeni yozumudur.

Filmin süjeti orta yaş böhranı yaşayan bir qrup dostun hekayəsini izləyir. Onlar gəncliklərinin sevimli filmini yenidən çəkməyə qərar verirlər. Bunun üçün isə ömürlərinin ən böyük səyahətinə – cəngəlliklərə yollanırlar. Lakin hadisələr onların planlaşdırdıqları kimi getmir.

Treyler xüsusi effektləri və gərgin süjeti ilə təəccübləndirir, peşəkar aktyor oyunu isə “Anakonda”ya keyfiyyət və təzə yumor qatır. Çünki yaradıcılar qorxu elementlərini satira və özünəironiyadan ibarət yanaşma ilə birləşdirməyi seçiblər. Filmdə tamaşaçı nəhəng ilanla mübarizə səhnələri ilə yanaşı, personajların daxili hisslərini açan maraqlı və gülməli anları da görəcək.

Filmin rejissoru və ssenari müəllifi Tom Qormikan olub. Radd və Blekdən əlavə, aktyor heyətində Selton Melu, Daniela Melxor, Tandive Nyuton, Stiv Zan və başqaları da var. Aksiyon filminin premyerası 25 dekabrda planlaşdırılır.

“Anakonda” – rəsmi treyler

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar