Al Paçino Harrison Fordu niyə özünə borclu hesab edir?
04 may 2023 17:47 (UTC +04:00)

Al Paçino Harrison Fordu niyə özünə borclu hesab edir?

Sənət qalmaqalları yalnız bizim şou biznesdə olmur. Hollivud ulduzları arasında da anlaşılmazlıqlar yaşanır. Məşhur kinoaktyor Al Paçino həmkarı dünya şöhrətli Harrison Fordun ona borclu olduğunu deyib.

Lent.az-ın açıqlamasına görə, aktyor “Harrison Ford karyerasını, uğurlarını mənə borcludur” şəklində açıqlama verib. Onun belə düşünməsinə səbəb hələ gənckən “Ulduz müharibələri” filminə dəvət alanda ssenarini anlamayaraq, “bu rolu Harrison oynasın” deməsi olub. Harrison Ford bu filmə çəkildikdən sonra ulduzu parlayıb.

Harrison Ford onun bu iddasını sadəcə gülümsəməklə qarşılayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar