Hazırda Hollivud üçün açıq-saçıq səhnələr artıq adi haldır. Lakin hələ də belə səhnələrdə çəkilməkdən qəti şəkildə imtina edən aktrisalar var. Ancaq bu gün gündəlik həyatda kifayət qədər layiqli və təvazökar olan, lakin bəzən hələ də açıq-saçıq səhnələrdə çəkilənlər var.
Lent.az xarici mediaya istinadla onları təqdim edir:
Enn Heteuey
Məşhur aktrisa və müğənni Nyu-Yorkdandır. Enn “Emmi”, “Qızıl qlobus”, BAFTA və “Oskar” kimi bir çox mükafatların sahibidir. O, karyerasına ailə filmlərində aktrisa kimi başlayıb.
Lakin zaman keçdikcə onun filmoqrafiyasında “Dəli”, “Qozbel dağ” kimi filmlərdə daha “maraqlı” rollarla meydana çıxıb. Aktrisa qərara gəlib ki, belə səhnələrdən filmlər yeni enerji ilə yüklənir və onun "təvazökar" tərcümeyi-halı üçün bu, problem olmayacaq.
Şerpn Stoun
Amerikalı aktrisa və prodüser. Onun filmoqrafiyasında kifayət qədər filmlər var, lakin biri digərlərindən daha çox tamaşaçılar tərəfindən yadda qalıb. Bu, “Əsas instinkt”dir.
Ayağını ayağının üstünə aşırıb çəkildiyi açıq səhnə aktrisanı bütün dünyada şöhrətləndirib. Məhz bu səhnə onun bütün karyerası üçün təkan olub. O vaxtdan bəri o, buna bənzər daha bir neçə səhnədə çəkilib.
Milla Yovoviç
Rus əsilli, lakin əslən Amerikadan olan aktrisa, model və musiqiçi. Ən çox "Beşinci Element" və ya "Şər məskəni” filmləri ilə tanınır.
Qız ilk dəfə 15 yaşında “Mavi Laqunaya qayıtma” filmində açıq-saçıq bir səhnədə rol alıb. Zahirən Milla tərbiyəli ciddi qıza bənzəsə də, onun bəzi rolları bunun əksini göstərir.
Uma Turman
Keçmiş amerikalı model və indiki aktrisa. O, “Oskar”, “Qızıl qlobus” və BAFTA mükafatlarına namizəd olub.
Aktrisanın ilk və yeganə açıq-saçıq səhnəsi aldanmış günahsız gənc xanımı canlandırdığı “Təhlükəli əlaqələr” filmində olub.
Şarliz Teron
Cənubi Afrikadan olan amerikalı aktrisa və prodüser. “Vadidə iki gün”, “Qüdrətli Co Yanq” və digər filmlərdəki baş rolları ilə tanınıb.
Xarici təvazökarlığına baxmayaraq, aktrisa dəfələrlə onu Hollivud kinosunda bir növ seks simvolu edən açıq-saçıq səhnələrdə rol alıb. Amma onu da qeyd etmək lazımdır ki, ilk belə səhnələr onun üçün o qədər də asan olmayıb.