Rusiya teatrında Dinara Əliyevanın iştirakı ilə opera oynanılacaq
03 mart 2020 10:50 (UTC +04:00)

Rusiya teatrında Dinara Əliyevanın iştirakı ilə opera oynanılacaq

Aprelin 22-dən 26-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” operası oynanılacaq.

Lent.az aprelin 22-də və 24-də səhnə əsərində Violetta Valerinin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

D.Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar