Müslüm Maqomayevin Moskvadakı abidəsini təhqir edənlər müəyyən olundu - RƏSMİ
29 oktyabr 2020 17:41 (UTC +04:00)

Müslüm Maqomayevin Moskvadakı abidəsini təhqir edənlər müəyyən olundu - RƏSMİ

Oktyabrın 27-də saat 10:48-də iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinin postamentinin üzərində antiAzərbaycan məzmunlu lövhə yerləşdirib və onu dəmir zəncirlə bərkidib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, məlum lövhə aşkar olunandan sonra dərhal məhv edilib.

Məlum faktla bağlı səfirlik tərəfindən Moskva şəhərinin hüquq-mühafizə orqanlarına müraciət olunub və operativ şəkildə bütün lazımi tədbirlər görülüb.

Qeyd olunub ki, məlum təxribatı törədənlər müəyyən olunub və onlar Rusiya Federasiyasının qanunları çərçivəsində bütün ciddiyyəti ilə cəzalandırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar