Fevralın 28-də Nizami Kino Mərkəzində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olacaq. Lent.az xəbər verir ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınıb.
Filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyevdir. Prodüseri Nazim Hüseynov olan sənədli filmin operatoru Elxan Rüstəmovdur.
Nümayiş saat 19.00-da başlanır.