Azərbaycan filmi ABŞ-da nüfuzlu festivalda
02 mart 2020 12:09 (UTC +04:00)

Azərbaycan filmi ABŞ-da nüfuzlu festivalda

ABŞ-ın Nyu-York şəhərində 23-cü Sephard yəhudi film festivalı keçirilib.

Lent.az xəbər verir ki, ölkəmiz sözügedən tədbirdə bu il ilk dəfə rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi ilə təmsil olunub.

ABŞ və Avropa ölkələrində dəfələrlə nümayiş olunan ekran əsəri bu festivalda da böyük maraqla qarşılanıb. Festival çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rejissor Rüfət Əsədov bildirib ki, Azərbaycanda bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur və film də ölkəmizdə yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahürüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2177
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar