Azərbaycan Milli Kitabxanasında dezinfeksiya aparılır: koronavirusa görə
10 mart 2020 11:29 (UTC +04:00)

Azərbaycan Milli Kitabxanasında dezinfeksiya aparılır: koronavirusa görə

“Koronavirus təhlükəsi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Azərbaycan Milli Kitabxanasında da müəyyən tədbirlər görülür”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Milli Kitabxanasından bildirilib.

Qeyd olunub ki, martın 8-də Milli Kitabxana tamamilə bağlanaraq tam şəkildə profilaktik dezinfeksiya tədbirləri həyata keçirilib: “Hər gün bir neçə dəfə bütün zallarda, dəhlizlərdə və giriş qapılarında, sanitar qovşaqlarında dezinfeksiya işləri aparılır. Mədəniyyət Nazirliyinin müvafiq tapşırığına əsasən, martın 3-dən kitabxanada bütün kütləvi tədbirlərin keçirilməsi müəyyən vaxtadək təxirə salınıb. Milli Kitabxananın bağlanması barədə isə heç bir göstəriş verilməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625
avatar

Oxşar yazılar