“Apple” şirkəti iOS 27 əməliyyat sisteminin açıq beta versiyasını istifadəçilərin testinə təqdim edib.
Lent.az xəbər verir ki, yeni versiyada süni intellektlə təkmilləşdirilmiş Siri, foto və video redaktəsi üçün yeni alətlər, eləcə də sistemin performansını artıran optimallaşdırmalar yer alır.
Şirkət yekun versiyanı payız aylarında təqdim etməyi planlaşdırır.