Fransada iyunun 17-dən iyulun 2-dək davam edən güclü istilər zamanı ölkədə 5764 əlavə ölüm qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat verib.
Məlumata görə bu, həmin dövr üçün gözlənilən göstəricidən 36 faiz çoxdur.
Ölənlərin təxminən üçdə ikisi 75 yaşdan yuxarı şəxslər olub.
Mütəxəssislər iqlim dəyişikliyi fonunda belə istilərin daha tez-tez təkrarlanacağını bildirirlər.