Jurnalisti restoranda yemək yeyərkən güllələdilər  -FOTOLENT
23 iyul 2026 12:13 (UTC +04:00)

Jurnalisti restoranda yemək yeyərkən güllələdilər -FOTOLENT

0

Meksikanın Oaxaka ştatında jurnalist Fransisko Alexandro Leyva restoranda səhər yeməyi yeyərkən silahlı hücuma məruz qalaraq həyatını itirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Oaxaka ştatının paytaxtına yaxın ərazidə yerləşən San-Pablo-Etla şəhərindəki restoranlardan birində baş verib.

Yerli polisin məlumatına görə, restorana daxil olan silahlı şəxs və ya şəxslər jurnalistə atəş açıblar. Fransisko Alexandro Leyva aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib. Hücum zamanı restoranda olan bir qadın da yaralanıb. Yaralının vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Qubernator istintaq aparılmasına göstəriş verdi

Oaxaka ştatının qubernatoru Salomon Xara sosial şəbəkə hesabında açıqlama yayaraq jurnalistin qətlə yetirilməsini pisləyib.

Qubernator ştat prokurorluğuna hadisənin hərtərəfli araşdırılması barədə göstəriş verdiyini bildirib. O, istintaqın söz və mətbuat azadlığına qarşı törədilən cinayətlərin araşdırılmasına cavabdeh federal qurumlarla birgə aparılacağını açıqlayıb.

Bu il öldürülən yeddinci jurnalistdir

“Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına əsasən, Fransisko Alexandro Leyva 2026-cı ildə Meksikada sui-qəsd nəticəsində öldürülən yeddinci jurnalist olub.

Bildirilib ki, Leyva sosial şəbəkədəki son paylaşımında yerli rəsmilərin də iştirak etdiyi “Guelaguetza” festivalının təşkili ilə bağlı tənqidi fikirlər səsləndirib. Hücumun jurnalistin peşə fəaliyyəti və son paylaşımı ilə əlaqəsinin olub-olmadığı araşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 918

Oxşar yazılar