Süni intellekt smartfon bazarını vurur: Bu markalar kiçilməyə məcbur qalır
23 iyul 2026 01:11 (UTC +04:00)

Süni intellekt smartfon bazarını vurur: Bu markalar kiçilməyə məcbur qalır

0

Süni intellekt texnologiyalarının sürətlə inkişafı smartfon bazarında rəqabəti daha da gücləndirib.

Lent.az xəbər verir ki, AI funksiyalarına böyük sərmayə ayıra bilməyən bəzi istehsalçılar bazardakı mövqelərini itirərək fəaliyyətlərini azaltmağa və ya müəyyən ölkələrdən çəkilməyə başlayıblar.

Məlumata görə, iri istehsalçılar süni intellektlə təchiz edilmiş yeni modellərə üstünlük verərkən, kiçik brendlər həm maliyyə, həm də texnoloji baxımdan bu yarışa tab gətirməkdə çətinlik çəkirlər. Nəticədə bəzi markalar məhsul çeşidini azaldır, bəziləri isə yalnız müəyyən bazarlarda fəaliyyət göstərməyə üstünlük verir.

“Realme” daxili bazardakı fəaliyyətini dayandıraraq satışdan sonrakı xidmətlərini və proqram yeniləmələrini OPPO sisteminə inteqrasiya etmək qərarı verib.

“OnePlus” isə Avropa və Amerika bazarlarından tamamilə çıxaraq fəaliyyətini yalnız Çin və Hindistan bazarlarında davam etdirəcək.

Ekspertlər hesab edirlər ki, yaxın illərdə süni intellekt imkanları smartfon seçimində əsas meyarlardan birinə çevriləcək və bu tendensiya bazarda daha çox konsolidasiyaya, zəif oyunçuların isə sıradan çıxmasına səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar