2022-ci ilin ən yaxşı  fantastik filmləri   - SİYAHI
21 dekabr 2022 12:54 (UTC +04:00)

2022-ci ilin ən yaxşı fantastik filmləri - SİYAHI

2022-ci ilin ən yaxşı elmi-fantastik filmlərinin siyahısı açıqlanıb. 

Lent.az-ın məlumatına görə, FAN telekanalının tərtib etdiyi reytinqdə birinci yeri Dan Kvan və Daniel Şeynertin çəkdiyi “Hər şey, hər yerdə” komediyası tutub. 

İlin ikinci ən yaxşı elmi-fantastik filmi nominasiyasında Rayan Kuqlerin “Qara Pantera: Əbədi Vakanda” filmi qalib olub.

Üçüncü yeri Sam Raiminin “Doctor Stran" filmi tutub.

“Betmen”, “Adam layihəsi”, “Yura dövrünün parkı”, “İşarələr”, “Ay yağışı”, “Sonic 2” və “Klon” filmləri də sonrakı yerləri bölüşdürüblər.

Reytinq kassa gəlirləri, tamaşaçı reytinqləri, kinotənqidçilərinin rəyləri əsasında tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar