14 ildə ilk dəfə:  Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda  qatıldı
18 may 2025 09:35 (UTC +04:00)

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı

Ancelina Coli xüsusi mükafatı təqdim etmək üçün Kann film festivalına qayıdıb.

78-ci film festivalı çərçivəsində Kannda perspektivli gənc aktyorlara verilən illik mükafat olan Chopard Trophy keçirilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu il mükafatı təqdim etmək şərəfi Hollivudun super ulduzu, aktrisa Ancelina Colinin üzərinə düşüb. O, tədbirə 2025-ci ilin yaz-yay kolleksiyasından Tom Fordun zərif ağ paltarında qatılıb.

Bu, birqol, bir rəngli səliqəli dondur. Geyimdə həmçinin yubkada aktrisanın ayaqlarını açıq saxlayan və Tom Forddan olan ağ qayışlı pompalarını nümayiş etdirən yarıq da var.

Ancelina parıldayan göz kölgəsi və dodaq parıldadıcısı ilə yüngül axşam makiyajı etdirib və saçlarını aşağı salaraq bir tərəfə yığıb. Qulaqları uzun, gözəl brilyant sırğalarla, biləkləri isə məftunedici saatla bəzədilib.

Aktrisa kinofestivalın qırmızı xalçasından da keçib. Coli "Eddinqton" filminin premyerasına Brunello Cucinelli brendinin paltarında qatılıb.

Ancelinanın bu il Kann film festivalına gəlişi xüsusidir, çünki o, 14 ildən sonra orada ilk dəfədir. Ulduz sonuncu dəfə kinofestivalın qırmızı xalçası üzərinə hələ 2011-ci ildə Bred Pittlə evli olduğu vaxt çıxmışdı. 

O zaman "Həyat ağacı" filminin premyerasında iştirak edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar