1 yaşlı rəssam  artıq 11 əsərini satıb - REKORD
24 avqust 2024 10:38 (UTC +04:00)

1 yaşlı rəssam artıq 11 əsərini satıb - REKORD

Bəzən tanınmaq üçün müəyyən bir yaş tələb olunur. Ancaq istisnalar da olur. Dünyanın ən gənc rəssamı adını almış oğlan kimi. Söhbət əslən Qanadan olan, rəsmi olaraq planetin ən gənc rəssamı kimi tanınan 1 yaşlı uşaqdan gedir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qanalı 1 yaşlı Ace-Liam Nana Sam Ankrah dünyanın ən gənc rəssamı hesab olunur.

Onun adı "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Anası Şantel Eqan gələcək rekordçunun altı aylıq olanda rəsm çəkməyə başladığını söyləyib.

11 aylıq olanda uşağın istedadı olduğuna dair anasında ilk şübhələr yaranıb. 2023-cü ildə anası da daxil olmaqla həmyerlilərinin əsərləri ilə yanaşı onun əsərləri də sərgidə nümayiş etdirilib. Dünya rekordunu qeydə almaq üçün təşkilatçılar bir şərtin yerinə yetirilməsini - ən azı bir rəsm əsərinin satılmasını tələb ediblər.

Bu günə kimi onlardan 11-i artıq satılıb.

Amma rekordu qeydə alındıqdan sonra uşaq yeni heç nə çəkməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12489
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar