Qəbələdə XIV-XV əsrlərə aid maddi-mədəniyyət nümunələri tapıldı
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş tapıntılar içərisində ağzı qurğuşun tıxacla bərkidilmiş şar-konusvari qab, üzərində farsca səliqə ilə həkk olunmuş şeir parçası olan şirli boşqab və digər yazı nümunələri, saxsı qəlib, daxili səthində insan, heyvan və quş təsvirləri olan rəngarəng çeşidli keramika nümunələri, ayrı-ayrı sənət sahələrində istifadə olunan çoxsaylı əmək alətləri, bəzək əşyaları, dünyanın bir sıra ölkələri və şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələrin olduğundan xəbər verən nadir əşyalar və sikkə nümunələri tariximizin müxtəlif problemlərinin araşdırılması baxımından çox əhəmiyyətlidir.
Arxeoloji tədqiqatlar zamanı aşkara çıxarılmış küçə və yol qovşaqları, hasarlar, irili-xırdalı ictimai və fərdi binalar, istehsalat ocaqları, çoxsaylı və rəngarəng çeşidli digər maddi mədəniyyət nümunələri tariximizin bir sıra qaranlıq məqamlarına işıq salacaq. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib ki, yeni aşkar edilən 4 ədəd dulus kürəsi xüsusilə çox mühüm elmi əhəmiyyət kəsb edir. İçərisindən tapılan məmulat nümunələrinə əsasən, kürələrdən birinin məişətdə işıqlandırma vasitəsi kimi istifadə olunan saxsı çıraqların istehsalı üzrə, digəri isə çox nəfis şəkildə hazırlanan, üzəri cızma üsulu ilə zəngin bəzədilən, boğaz hissədə süzgəci olan və süfrə qabı kimi istifadə edilən enliboğaz kuzələrin istehsalı üzrə ixtisaslaşan ustaya mənsub olduğu müəyyənləşdirilib.
Bütün bunlar onu deməyə əsas verir ki, antik və ilk orta əsrlər dövründə 800 ilə qədər Qafqaz Albaniyasının paytaxt şəhəri olan Qəbələ ərəb və monqolların fəthlərindən sonrakı dövrlərdə də nəinki ölkənin, bütövlükdə regionun ən mühüm sənət, ticarət və mədəniyyət mərkəzlərindən biri olaraq qalıb. Arxeoloji qazıntılar nəticəsində şəhərin IX-XII və XIV-XVIII əsrlərdəki həyatı barədə daha ətraflı məlumatlar əldə etmək mümkün olub.

853