Azərbaycan aşıqları Mahaçqalada keçirilən festivaldan qayıdıblar – FOTO
Festivalda respublikamızı Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Bu günlərdə səfərdən qayıdan M.Nəbioğlu festivalla bağlı təəssüratlarını Lent.az-a bölüşüb. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə festivala yola düşən nümayəndə heyətinə aşıq Ağamurad İsrafilov və onu müşayiət edən Qənimət Qədirov, Mahir Niftəliyev və Cahandar Musayev daxil olub. Festivalda Azərbaycanla yanaşı Qazaxıstandan, Rusiyanın Həştərxan vilayətindən və Kalmıkiyadan gəlmiş nümayəndə heyətləri və Dağıstan Respublikasında yaşayan ayrı-ayrı xalqları təmsil edən folklor qrupları iştirak edib.
M. Nəbioğlunun sözlərinə görə, festivalın proqramına əsasən Mahaçqala şəhərindəki Rus Dram Teatrında “Milli geyimlərin poeziyası” devizi altında gənc dizaynerlərin müsabiqəsi keçirilib. Həmin tədbirdə milli geyimdə səhnəyə çıxan aşıqlarımızın da çıxışı olub: “Səhəri günün birinci yarısında festivala gəlmiş nümayəndə heyətlərinin rəhbərləri ilə əvvəlcə Dağıstan Respublikası hökumətində görüş keçirildi. Burada baş nazirin müavini Nizami Kaziyev bizi qəbul etdi. Sonra isə Mahaçqala şəhərinin merinin qəbulunda olduq. Günün ikinci yarısında isə festivalın qala konserti keçirildi ki, burada Azərbaycanı təmsil edən aşıqların çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı, festivalın təşkilat komitəsinin üzvləri tərəfindən yüksək qiymətləndirildi”.
İyunun 4-də günün birinci yarısında festivalda iştirak edən nümayəndə heyətləri rəhbərlərinin kütləvi informasiya vasitələri işçiləri ilə “Mədəniyyətlərin dialoqu” adlı görüşü keçirilib. Dağıstan respublikasının Milli Kitabxanasının konfrans zalında baş tutan bu görüşdə Dağıstanın mədəniyyət naziri Z.Z.Süleymanova, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Baş Katiblik Departamentinin direktoru Y.A.Şubin, Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin prezidenti E.S.Kunina, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin incəsənət, xalq yaradıcılığı və beynəlxalq əlaqələrə dövlət dəstəyi şöbəsinin rəisi Q.Q.Furmanova və Dağıstan Respublikasının dövlət katibi T.Mahmudovanın iştirak etdiyi həmin tədbirdə Azərbaycan nümayəndə heyəti rəhbərinin də çıxışı olub. Həmin gün festivalın proqramına uyğun olaraq “Oxu, aşıq!” adlı böyük konsert baş tutub. Bu möhtəşəm tədbirdə də Azərbaycan aşıqları mədəniyyətimizi layiqincə təmsil edərək dağıstanlıların rəğbətini qazanıblar.
İyunun 5-də festival öz işini bölgələrdə davam etdirib və Azərbaycan nümayəndə heyəti proqramda nəzərdə tutulduğu kimi, Dərbənd rayonunun Tatlıyar kəndində konsert proqramı ilə çıxış edib, sonra isə tarixi Dərbənd qalasına ekskursiya olub. Azərbaycan aşıqlarının son çıxışı iyunun 6-da Mahaçqala şəhərindəki B.Muradova adına Dağıstan Mədəniyyət və İncəsənət Kollecində keçirilib.
Xəyalə

825