“Şikəstə” və “Cəngi”nin vəhdəti beş məşhur xanəndənin ifasında – FOTO
Lent.az-ın məlumatına görə, mərasimdə layihə üçün çəkilmiş klip və “Azərbaycan cəngisi” albomu da mətbuat işçilərinə təqdim olunub. Layihədə xalq artisti Alim Qasımov, əməkdar artist Səbuhi İbayev, Elnarə Abdullayeva, Güllü Muradova və Ehtiram Hüseynov iştirak edib. Layihənin ideya müəllifi, musiqi rəhbəri, tərtibatçısı və prodüseri Asif Kərimovdur. Klipin rejissoru Faiq Kərimoğlu, operatoru Tanrıverdi Tanrıverdiyevdir.
Asif Kərimov bildirib ki, bu layihə üzərində 4 ilə yaxındır iş aparılıb. Layihəni həyata keçirməkdə məqsəd “Şikəstə” motivli muğamlarımızla “Cəngi”nin vəhdətindən yaranan musiqinin sirrini açmaqdır: “Şikəstə” motivli muğamlarımızda daha çox məzlumluq duyulur. Amma bu layihə ilə mübarizliyi göstərmək istədik. Əlbəttə ki, beş ifaçının bir yerə yığılması çətin oldu. Hətta klip çəkilişlərinə Alim Qasımov gələ bilmədiyinə görə, onu ayrı çəkdik”.
Asif Kərimov qeyd edib ki, kompozisiyada sözlər, ritmlər dəyişdirilib. Klassik ritmlərlə yanaşı, müasir ritmlər də daxil edilib ki, gənclərin də marağına səbəb ola bilsin.
İdeya müəllifi layihənin gerçəkləşməsi üçün böyük vəsait tələb olunsa da, bunun üçün heç bir sponsora müraciət etmədiyini deyib. Layihə onun öz şəxsi vəsaiti hesabına hazırlanıb. Lakin prodüser nə qədər vəsait xərclədiyini dəqiq açıqlamayıb: “Əslində bu layihədə iştirak edən şəxslərə müəyyən məbləğ ödənməlidir. Ancaq onlar bu işi təmənnasız gördülər. bu layihənin gerçəkləşməsi üçün 70-80 min manat lazım idi. Lakin belə vəsait olmadığına görə, məsələn, klipin çəkilişlərində bir operatordan və “DV-cam”dan istifadə edilib. Mən bunu deməyə də utanmıram. Amma bu formatda çəkilən klipi əlbəttə xaricə çıxarmaq mümkün deyil. Kimin ürəyi istəsə, lazımi vəsaiti xərcləyib klipi müasir texnologiyalarla çəkib ölkənin hüdudlarından kənara çıxara bilər. Hər halda bu, Azərbaycanın, xalqın adı ilə bağlıdır. Mənim bu layihədə heç bir qazancım yoxdur. Bunu yalnız xalqım, vətənim üçün həyata keçirdim”.
A. Kərimov payızda “Azərbaycan cəngisi” adı altında konsert keçirmək niyyətində olduğunu da bildirib.
Mətbuat konfransında Elnarə Abdullayeva, Səbuhi İbayev və Ehtiram Hüseynov da iştirak edib. Alim Qasımov isə səhhətindəki problemlərə görə, tədbirə gələ bilməyib.
Xəyalə Muradlı

905