“Vətənin gözəlliyi uşaqların gözü ilə”
18 may 2011 16:22 (UTC +04:00)

“Vətənin gözəlliyi uşaqların gözü ilə”

Bu münasibətlə bu gün Azərbaycan İstiqlal Muzeyində “Vətənin gözəlliyi uşaqların gözü ilə” adlı tədbir-sərgi keçirilib. Lent.az-ın məlumatına görə, sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və “Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi” İctimai Birliyidir.


Sərgidə Şamaxı şəhər İmadəddin Nəsimi adına Uşaq İncəsənət məktəbinin, Bakı şəhər Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi məktəbinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dərnək şagirdlərinin əsərləri nümayiş olunub. Şamaxı şəhər İncəsənət məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.


Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxış edərək beynəlxalq Muzeylər Günü və keçirilən tədbir barədə məlumat verib. “Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi” İctimai Birliyinin sədri G.Səfərova, Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının nümayəndələri də öz fikirlərini bölüşüblər.


Beynəlxalq Muzeylər Günü münasibəti ilə təşkil olunan mərasimdə Bakı və Şamaxı şəhərləri məktəblərinin şagirdləri, Prezident Qvardiyasının əsgərləri, Heydər Əliyev adına Hərbi məktəbin kursantları və digər qonaqlar iştirak ediblər.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar