“Sənətdə keçən ömür” filmi mükafat qazandı
Ukraynada “Birgə qalib gəlmişik” adlı VII beynəlxalq teleradio festivalı keçirilib. Festivala 17 ölkədən İkinci Dünya Müharibəsi mövzusunda lentə alınan 128 film qatılıb. Lent.az-ın məlumatına görə, festivalda Space teleradio şirkətinin istehsalı olan “Sənətdə keçən ömür” sənədli ekran əsəri də iştirak edib. 4 gün davam edən festival çərçivəsində nümayiş olunan filmlər müzakirə olunub, tanışlıq və maarifləndirici xarakterli müxtəlif seminarlar keçirilib, eyni zamanda qarşılıqlı əməkdaşlıq sahəsində söhbətlər aparılıb.
Əsasən müharibə mövzusunda dəyərli sənət əsərləri yaradan Azərbaycanın xalq rəssamı Vidadi Nərimanbəyovun yaradıcılığına həsr olunan bu film “Vətən. Şərəf. Borc” nominasiyasında birinci dərəcəli mükafata layiq görülüb.
Mükafat Space TV-nin Mədəniyyət və Elmi kütləvi layihələrin yaradıcı heyətinin rəhbəri “Sənətdə keçən ömür” filminin rejissoru İman Məcidova təqdim olunub.
Xəyalə

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55