“Teatrda aktyorun bütün imkanlarından istifadə olunmalıdır”
Studiya bu münasibətlə beynəlxalq festivallara hazırlaşır. Teatrın bədii rəhbəri Pərviz Məmmədrzayev Lent.az-a deyib ki, teatrda tamaşaların qarışıq janrda qurulmasında məqsəd plastikanın vəhdətini yaratmaqdır: “Tamaşaçı bir qədər fərqli düşüncəni, məhz bizim yozumumuzu görməlidir. Bizim elə böyük bir iddiamız yoxdur. Sadəcə işləmək, müxtəlif janrlarda özümüzü sınamaq istəyirik”.
P. Məmmədrzayev çoxdan belə bir teatr açmaq istədiyini bildirib: “Düşünürdüm, elə bir teatr yaradacağam ki, orda aktyorun bütün imkanlarından istifadə olunsun. Əgər oxuya bilirsə, səs imkanları, akrobatik, jonqlyorluq bacarığı və başqa istedadı varsa ondan yararlanmaq lazımdır”.
İlk tamaşası “Vaqa”nı yanvarın 27-də təqdim edən teatr-studiya yeni tamaşalar da hazırlayacaq.
Teatr-studiyanın direktoru İradə Nurəddinqızı isə deyib ki, “Simsar”in kollektivi bir çox teatr festivalına dəvət alır.
Məlumat üçün bildirək ki, teatr-studiyanın direktoru İradə Nurəddinqızı, bədii rəhbəri əməkdar artist Pərviz Məmmədrzayev, aktyor və rejissorlar Qurban Məsimov və Nicat Həbibzadədir.
Lalə Yusifqızı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11