“Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri müəyyənləşdi
Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə son iki ildə çap olunan 25 kitab təqdim olunub. Bütün əsərlər münsiflər heyətinin hər bir üzvü tərəfindən oxunub və mayın 3-də müsabiqə komissiyasının yekun iclası keçirilib. Səsvermənin nəticələri ümumiləşdirildikdən sonra yetərli keçid balları toplayan əsərlər müəyyən edilib. Münsiflər heyətinin yekun nəticəsinə görə, ədəbi-tənqid və publisistika əsərləri nominasiyası üzrə - Anarın “Unudulmaz görüşlər”, nəsr əsərləri nominasiyası üzrə - Natiq Rəsulzadənin “Çitayuşiy mısli” romanı və Varisin “Bir ovuc torpaq” romanı, poeziya əsərləri nominasiyası üzrə – Əjdər Olun “Yaşa” şeirlər kitabı və Ağacəfər Həsənlinin “Ümidimin adına küçə” şeirlər kitabı mükafata layiq görülüb. Bədii tərcümə əsərləri nominasiyası üzrə – Telman Vəlixanlı M.Dostoyevskinin “Karamazov qardaşları” romanına və Kamran Nəzirli “Heç kim heç vaxt ölmür” orijinal tərcümələrdən ibarət kitabına görə qalib seçilib.
“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü – Nəriman Əbdülrəhmanlıya (Andrey Platonovun “Seçilmiş əsərləri” tərcümələr kitabı) və Əbülfət Mədətoğluna (“Ürəyimdəki sənsən” şeirlər kitabı) verilib.
Mükafatların təltifolunma mərasimi mayın 6-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək. Laureatlar rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı ilə təltif ediləcəklər.
Qeyd edək ki, “Qızıl Kəlmə” Ədəbi Mükafatı 2009 - 2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərələri yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə elan olunub.
Xatırladaq ki, iki ildən bir keçirilən müsabiqə bu il ikinci dəfə baş tutub. 2009-cu ildə təqdim olunan ilk mükafatlara Aqil Abbas, Elçin Hüseynbəyli, Zakir Fəxri, Taleh Həmid, Hüseynbala Mirələmov, Məmməd Oruc və Saray Budaqlı layiq görülüb. “Şans” ödülü isə Yunus Oğuza və Səlim Babullaoğluna verilib.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11