ADU-da “İntihar” pyesi oynanıldı - FOTO
05 may 2011 14:06 (UTC +04:00)

ADU-da “İntihar” pyesi oynanıldı - FOTO

Universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın Lent.az-a verdiyi məlumata görə, bədii rəhbəri və quruluşçu rejissoru ADU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, dosent Fəridə Səfiyeva olan tamaşa universitetin tələbələri tərəfindən təqdim edilib.

Tamaşadan əvvəl çıxış edən F. Səfiyeva tamaşaçıları salamlayıb. ADU-da tələbələrin ifasında maraqlı tamaşaların ənənə halını aldığını deyən F. Səfiyeva müasir mövzuda yazılan pyesi səhnəyə qoymasından məmnunluğunu dilə gətirib. Müəllifin də tamaşaçılar arasında olduğunu və buna görə də ikiqat məsuliyyətli olduqlarını qeyd edən F. Səfiyeva oxucu olaraq V. Səmədoğlu yaradıcılığının vurğunu olduğunu bildirib: “Biz zövqlü oxucu və tamaşaçılarıq. Odur ki, zövqlü əsərləri oxuyur və onları tamaşaya qoyuruq”.

ADU-nun rektoru, professor Səməd Seyidov, pyesin müəllifi, şair-dramaturq Vaqif Səmədoğlu, millət vəkili Asim Mollazadə, Bakı şəhər Təhsil İdarəsinin sədr müavini Hüseyn Əsgərov də tamaşaçılar arasında olublar. Qeyd edək ki, rolları ADU-nun tələbələri – Aytən Səlimova, Murad Səfiyev, Zeynəb Rzayeva, Sərxan Quliyev, Əhməd Salmanov, Aysel Babayeva, Aynur Əsgərova, Xədicə Əliyeva, Hüseyn Cəfərov və Araz Abbasov ifa ediblər. Pyes tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21