Əbülfəs Qarayev: “Söhbət o insanların köçürülməsindən gedir...”
04 may 2011 14:45 (UTC +04:00)

Əbülfəs Qarayev: “Söhbət o insanların köçürülməsindən gedir...”

Lent.az-ın məlumatına görə, teatrın vəziyyəti barədə danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu məsələ artıq 5 ildir iki ölkənin müzakirə mövzusudur: “Azərbaycan və Gürcüstan dövləti bu teatrın bərpası üçün lazımi işləri görməyə hazırdır. İntəhası o binanın yarısında insanlar yaşayır. Hazırda da söhbət yalnız o insanların köçürülməsindən gedir. Əgər o insanlar evlə təmin olunub köçürülərsə, dərhal Azərbaycan dövləti təsdiq olunmuş plana uyğun olaraq bərpa işləri görəcək. Amma biz danışıqları davam etdirəcəyik. Ümidvaram ki, onlar müsbət nəticə verəcək”.

Nazir bildirib ki, Gürcüstanda Nəriman Nərimanovun ev muzeyi ilə bağlı problem həll olunub. Muzeyə yeni bina veriləcək. Mirzə Fətəli Axundovun muzeyinin yerləşdiyi bina isə artıq Azərbaycanın əmlakıdır: “Orada yenidənqurma işləri görülür. Ora muzey olmaqla yanaşı, həm də Azərbaycanın mədəniyyət mərkəzi olacaq”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar