Rus Dram Teatrı qastrola gedir
29 aprel 2011 16:16 (UTC +04:00)

Rus Dram Teatrı qastrola gedir

Lent.az-ın məlumatına görə, teatrın qastrollarından biri Tbilisiyə olacaq. Kollektiv mayın 25 və 26-da A.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının səhnəsində çıxış edəcək. Aktyorlarımız tərəfindən Mixail Zadornovun “Ər almaq istəyirəm” tamaşası nümayiş olunacaq.


Rus Dram Teatrının növbəti səfəri isə Həştərxanadır. Kollektiv iyunun 4 və 5-də Rusiyanın Həştərxan Dram Teatrında yenə də “Ər almaq istəyirəm” tamaşası ilə çıxış edəcək.

Xəyalə
# 557

Oxşar yazılar