Berlində vəfat edən cazmenimizin cənazəsi Azərbaycana gətirilir
14 aprel 2011 18:13 (UTC +04:00)

Berlində vəfat edən cazmenimizin cənazəsi Azərbaycana gətirilir

Bakı Caz Mərkəzindən Lent.az-a bildiriblər ki, gənc musiqiçi Berlində dünyasını dəyişib. Onun Almaniyaya səfəri uzun müddət idi ki, əziyyət çəkdiyi xərçəng xəstəliyinin müalicəsi ilə bağlı olub. Lakin bu müalicə uğursuz nəticələnib.


Məlumata görə, mərhumun cənazəsi Azərbaycana gətirilir. Emil İbrahimin dəfn mərasimi sabaha nəzərdə tutulur.

Qeyd edək ki, Emil İbrahim (Məmmədov) Bakı şəhərində dünyaya gəlib. Atası Azərbaycanın tanınmış bəstəkarı İbrahim Məmmədov və qardaşı, klassik pianoçu Elçin Məmmədov Azərbaycan caz musiqisinin tanınmış simalarından olub. Dörd yaşından musiqi ifa etməyə başlayan Emil İbrahim son günlərə qədər Bakı Caz Mərkəzinin art-direktoru vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Xəyalə
# 633

Oxşar yazılar