Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçiriləcək
14 aprel 2011 14:03 (UTC +04:00)

Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçiriləcək

Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqə rəqslərdə milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi və inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsi məqsədilə təşkil olunub.

Müsabiqə 5-15 noyabr tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda baş tutacaq. Yarışmada iştirak edən rəqs kollektivlərinin tərkibi 8 -16 nəfər, iştirakçıların yaş həddi 7-15 yaş müəyyənləşdirilib.
Müsabiqə qalibləri və fərqlənən kollektivlər üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərman, pul mükafatları təsis edilib. Qalib rəqs kollektivləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsertdə çıxış etmək üçün dəvət olunacaqlar.
Xəyalə
# 560

Oxşar yazılar