Ankarada tanınmış karikaturaçımız Seyran Cəfərlinin sərgisi açılacaq
14 aprel 2011 11:48 (UTC +04:00)

Ankarada tanınmış karikaturaçımız Seyran Cəfərlinin sərgisi açılacaq

Bu il yeddinci dəfə düzənlənən festivalda Azərbaycanı tanınmış karikatura ustası, beynəlxalq müsabiqələr qalibi Seyran Cəfərli təmsil edəcək. Bu barədə Lent.az-a Seyran Cəfərli özü məlumat verib. Karikaturaçı bildirib ki, festivalın rəsmi açılış mərasimi aprelin 15-də olacaq. Həmin gün Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsm və heykəl muzeyində Seyran Cəfərlinin uşaqlara həsr olunmuş fərdi karikatura sərgisi açılacaq.


Seyran Cəfərli ilə bərabər iki məşhur karikaturaçının Makedoniyadan – Nataşa Kostovska və İngiltərədən Stefen Mumbersonun da sərgiləri keçiriləcək. Festival bir çox maraqlı proqram, o cümlədən cizgi filminin nümayişi ilə yadda qalacaq.

Xəyalə
# 524

Oxşar yazılar